Futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, bu gün ilk iki yarımfinalçının adına aydınlıq gəlib.
 
1/4 finalın açılış oyununda Peru və Paraqvay komandaları üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında 4:3 hesablı qələbə qazanan Peru seçməsi yarımfinala yüksəlib.
 
Bu mərhələnin digər görüşündə isə turnirə ev sahibliyi edən Braziliya yığması çilini sınağa çəkib. 46-cı dəqiqədə Lukas Paketanın qolu "sambaçılar"a qələbə qazandırıb. 5 qat dünya çempionu yarımfinalda Peruya rəqib olub.
 
Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunlarında Uruqvay Kolimbiya ilə, Argentina isə Ekvadorla görüşəcək. Qarşılaşmalar iyulun 4-də olacaq.
 
Amerika Kuboku
3 iyul
 
Peru – Paraqvay 3:3
Qol: Qomes, 21-öz qapısına. Lapadula, 40. Yotun, 80 – Qomes, 11. Alonso, 54. Avalos, 90.
 
Braziliya – çili 1:0
Qol: Paketa, 46.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest