Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç AÇ-2020-nin qrup mərhələsinin ilk turunda İngiltərəyə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Daliç, 0:1 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:
 
“İngiltərəni qələbə münasibətiylə təbrik edirəm. Hava isti idi və çətin oyun oldu. Əsas məqsədimiz rəqibin təzyiqini azaltmaq idi. Yeddi gün mövqelərimizdə düzgün oynamalı olduğumuzun vacibliyindən danışdıq. Bu oyunda rəqib səhvimizdən istifadə edib, qol vurdu”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest