“Biz həqiqətən çox çalışdıq. Lakin belə isti havada istəyimizə nail olmaq çox çətindir”. Matc.az xəbər verir ki, bunu  Uels millisinin futbolçusu Qaret Beyl Bakıda Avropa çempionatının A qrupunda İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

İspaniyanın "Real Madrid" kluna məxsus 32 yaşlı hücumçu bütün komanda yoldaşları ilə fəxr etdiyini bildirib: "Oyundan sonra razılaşdıq ki, bu, bizim üçün ilk addımdır. Fiziki formamızı bərpa etməli və dərhal növbəti oyunun hazırlıqlarına başlamalıyıq”.

Qeyd edək ki, Uels yığması ikinci oyununu iyunun 16-də Bakı Olimpiya Stadionunda Türkiyə seçməsinə qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest