Almaniyanın "Leyptsiq" klubu futbolçusu Dominik Soboslainin müqaviləsini yeniləyib.
Matc.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Soboslai 2021-ci ilin yanvarından "Leyptsiq"də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 12 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.
Soboslai Macarıstan milli komandasının da üzvüdür.



.jpg+(1)_1790014832.jpeg)

.jpg_1790011807.jpeg)



_1790009893.jpeg)



