Adı İngiltərə Premyer Liqasının "Şöhrət zalı"na daxil edilən daha bir futbolçu məlum olub.
 
Matc.az turnirin saytına istinadən xəbər verir ki, bu, "Liverpul"un sabiq futbolçusu Stiven Cerrarddır.
 
İngiltərəli sabiq futbolçu 17 il "Liverpul"da çıxış edib. O, Mersisayd təmsilçisi ilə Premyer Liqada 120 qol vurub, 92 məhsuldar ötürmə edib.
 
Cerrard Dennis Berqkamp, Frenk Lempard, Roy Kin, Erik Kantona, Tyerri Anri və Alan Şirerdən sonra adı "Şöhrət zalı"na daxil edilən yeddinci futbolçudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest