Almaniyanın "Leypsiq" klubu futbolçusu Amadu Haydaranın müqaviləsini yeniləyib.
	Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
	23 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.
	Mali milli komandasının da üzvü olan Haydara 2019-cu ilin yanvarından "Leyptsiq"də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 29 oyuna çıxıb.
				
         	
                                             
               
            
 




_1762210118.jpg)





