İngiltərədə mayın 17-dən stadionlara azarkeşlər buraxılacaq.
 
Matc.az xəbər verir ki, bu barədə baş nazir Boris Conson açıqlama verib.
 
O, mayın 17-dən futbol yarışlarına məhdud sayda – 10 minə qədər azarkeşin buraxıla biləcəyini qeyd edib.
 
İngiltərə Premyer Liqasında son iki – 37 və 38-ci turun oyunlarına azarkeşlər buraxılacaq. çempionatda hazırda 35 tur oynanılıb və "Mançester Siti" klubu liderdir.
 
Premyer Liqada mövsümün əvvəlki oyunları koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest