Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir. Matc.az xəbər verir ki, turnirin ikinci günündə qadın güləşçilər mübarizəyə qoşulub. Belə ki, bu gün Azərbaycan yığmasının üzvlərindən Türkan Nəsirova, Alyona Kolesnik, Tatyana Omelçenko, Elis Manolova və Gözəl Zutova  xalça üzərinə çxıb. Onlardan yalnız biri finala yüksəlməklə, Tokio Olimpiadasına vəsiqə qazanıb.

 

Dünya Təsnifat Turniri
7 may

53 kq
1/8 final: Türkan Nəsirova turnirə uğursuz başlayıb. O, Luisa Melendreslə (Ekvador) bacarmayıb - 1:4.

57 kq
1/8 final: Alyona Kolesnik  Nuraida Anarkulova (Qırğızıstan) ilə görüşə yaxşı başlasa da, sonda xalçadan məyus ayrılıb. 

62 kq
1/8 final: Tatyana Omelçenko ilk görüşdə sonuncu xal prinsipinə əsasən almaniyalı Luisa Niemeşə məğlub olub. 

68 kq
1/8 final: Elis Manolova ilk görüşünü qələbə ilə başa vurub. O, Aqoro Papavasileunu (Yunanıstan) üstələyib - 4:0. 1/4 finalda argentinalı Klara Vaskeslə qarşılaşan güləşçimiz sonuncu xal (2:2) prinsipinə əsasən yarımfinala yüksəlib. Bu mərhələdə Qazaxıstan təmsilçisi Cəmilə Bakbergenovaya 5:3 hesabı ilə qalib gələn Monolova adını finala yazdırıb. Elis, həm də Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Onun qızıl medal uğrunda rəqibi Mimi Xristova (Bolqarıstan) olacaq.

76 kq
Təsnifat: Gözəl Zutovanın debütü uğursuz alınıb. O, Katalina Axente (Rumıniya) ilə görüşü məğlib başa vurub – 2:5.

 

Bu gün həmçinin sərbəst güləşçilərdən Georgi Edişeraşvili (57 kq) və Abubakr Abakarov (86 kq) bürünc medal uğrunda görüşə çıxıblar.

Sərbəst güləş

57 kq
Təmsilçimiz Georgi Edişeraşvili ukraynalı Taras Markoviçlə (Ukrayna) görüşə çıxmayıb. 

86 kq
Bürünc medal uğrunda görüşdə güləşçimiz  Abubakr Abakarov finlandiyalı Tapani Heyno ilə qarşılaşıb. O, rəqibinə 8:3 hesabı ilə qalib gələrək, 3-cü yeri tutub.

Qeyd edək ki, ilk yarış günündə 3 sərbəst güləşçi lisenziya qazana bilməyib. Qadın güləşçilərimizdən isə yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik "Tokio-2020"yə vəsiqəni təmin edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest