Türkiyənin "Fənərbaxça" klubunun yarımmüdafiəçisi ömer Faruk Beyaz karyerasını Almaniyada davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 18 yaşlı futbolçu "Ştutqart"la anlaşıb.
 
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Beyaz yeni klubu ilə 4 illik müqavilə imzalayıb. O, mövsümün sonunda Bundesliqa təmsilçisinə qoşulacaq.
 
Gənc futbolçu Almaniya klubuna azad agent statusu ilə keçəcək. çünki onun İstanbul təmsilçisi ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.
 
Qeyd edək ki, "Fənərbaxça"nin yetirməsi olan ömer Faruk Beyaz 2020-ci ildən əsas komandada çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest