Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Matc.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesio da Silvanın çalışdırdığı kollektiv doğma meydanda Yunanıstan yığması ilə qarşılaşıb.

Milli komanda beş oyundan sonra 13 xalla qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, yunanlarla görüş formal xarakter daşıyırdı. Buna baxmayaraq, yığmamız bu oyundan da böyük hesabla qalib ayrılıb.

AÇ-nin seçmə mərhələsi
3-cü qrup

14 aprel

Azərbaycan – Yunanıstan 4:0
Qol: Fineo, 3. Q.Panayotis, 14-öz qapısına. İ.Atayev, 16. R.Çovdarov, 25.
Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna).
Bakı İdman Sarayı.

Azərbaycan: 1. Emin Kürdov (q), 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 13. Qalo, 16. Fineo De Arauxo, 12. Rövşən Hüseynli (q), 19. Cavad Məmmədov (q), 3. Tyaqo Bolinya, 5. Amir Şocaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Yunanıstan: 12. Dimitris Zervas (q), 2. Spiridon Kondilatos, 3. Dimitrios Karavidas, 4. Qusis Panayotis, 16. Marios Ntatis, 1. Teofilu Dimitrios (q), 5. Floros Axilleas, 6. Çaralampos Stavrakopulos, 7. Andreas Tarnanidis, 8. Papakostas Spiridon, 9. İoannis Delaportas, 11. Apostolos Gkaifillias, 10. Spiridon Papadopulos, 15. Dimitrios Karidas.
Baş məşqçi: Yannis Ziavas.

Azərbaycan – 16
Slovakiya – 11
Moldova – 5
Yunanıstan – 1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest