Türkiyənin "Antalyaspor" klubunun bir futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə kollektivin COVİD-19 testindən keçdiyi, bir futbolçuda virus aşkarlandığı diqqətə çatdırılıb. Adı açıqlanmayan həmin oyunçu karantinə alınıb.
 
Qeyd edək ki, "Antalyaspor" bu mövsüm Super Liqada keçirdiyi 33 oyuna 42 xal toplayıb və 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest