Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 20-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
MOİK – “Sabah-2” oyununda MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. MOİK komandasının geyim formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 80 manat cərimə olunub. “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
“Keşlə-2” – “Turan Tovuz” oyununda “Keşlə”nin futbolçusu Şirin Şirinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Kəpəz” – “Zaqatala” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunub.
 
“Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
“Qarabağ-2” – “Neftçi-2” oyununda “Qarabağ”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Neftçi”nin futbolçusu Vüqar Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest