Avropa Liqasında 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
 
Matc.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılmış səsverməyə əsasən, Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumameylli yarımmüdafiəçisi Mislav Orşiç həftənin ən yaxşı oyunçusu seçilib.
 
29 yaşlı oyunçu doğma meydanda İngiltərə "Tottenhem"inə 3:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Zaqreb təmsilçisi səfrədəki ilk oyunda 0:2 hesabıyla uduzsa da, cavab matçındakı əzmkar qələbə sayəsində 1/4 finala yüksəlib.
 
Qeyd edək ki, Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Vilyarreal”dan (İspaniya) Jerar Moreno, “Roma”dan (İtaliya) Borxa Mayoral və “Ayaks”dan (Niderland) David Neres də namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest