Futbol üzrə İspaniya çempionatında 18-ci turun daha bir oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
 
Matc.az xəbər verir ki, sabah keçirilməli olan "Elçe" - "Xetafe" oyunu da baş tutmayacaq.
 
Bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə güclü qar yağması səbəbindən Sequnda da bir neçə qarşılaşmanın təxirə salındığı diqqətə çatdırılıb. Söhbət "Mirandes" - "Rayo Valyekano", "Alkorkon" - "Albasete" və "Leqanes" - "Almeriya" matçlarından gedir. Bu oyunlar qeyri-müəyyən tarixə ertələnib. "Sportinq" - "Fuenlabrada" və "Elçe" - "Xetafe" görüşləri isə 10 yanvardan 11 yanvara keçirilib.
 
Qeyd edək ki, La Liqada 18-ci turun bu gün keçirilməli olan "Atletiko" – "Atletik" qarşılaşması da güclü qar səbəbindən təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest