İsrailin "Makkabi" klubu baş məşqçisi Yorqos Donislə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Təl-Əviv təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Donisin müqaviləsinə qarşılıq razılaşma əsasında xitam verilib.
 
"Makkabi" bu mövsüm Avropa Liqasının İ qrupunda "Qarabağ", "Vilyarreal" (İspaniya) və "Sivasspor"la (Türkiyə) mübarizə aparırdı. İsrail klubu qrupu 2-ci sırada bitirərək, 1/16 finala vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest