Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunun daha üç futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, COVİD-19 testi pozitiv çıxanlardan ikisi daha əvvəl koronavirusa yoluxan və karantin müddətini başa vuranlardır. Adları açıqlanmayan hər üç oyunçu əsas komandadan təcrid edilib.
 
Qeyd edək ki, "Sivasspor" qrup mərhələsinin sonuncu - 6-cı turunda İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest