07 Dekabr 2020, 15:17
                
                
                
                                DÖYÜŞ NÖVLƏRİ 
                                
                
               
              
				 
 
	Azərbaycanın sərbəst güləş üzrə milli komandası Türkiyədə təlim-məşq toplanışı keçir.
	Matc.az federasiyanın rəsmi saytımna istinadən xəbər verir ki, Türkiyə yığması ilə birgə baş tutan hazırlıq prosesi dekabrın 1-də start götürüb.
	Komanda baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Ankarada həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. İki ölkənin millisinin birgə təlim-məşq toplanışı dekabrın 14-dək davam edəcək.
	Qeyd edək ki, sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçiriləcək Fərdi Dünya Kubokunda iştirak edəcəklər. Yarış dekabrın 12-də başlayacaq. Sərbəst güləşçilər yarışın son günlərində (16-18 dekabr) mübarizə aparacaq.

            
 






_1762210118.jpg)



