Futbol üzrə Argentina millisinin kapitanı Lionel Messi daha bir rekorda imza atıb.
Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu yığmanın heyətində ən çox qələbə qazanan futbolçu adına yiyələnib.
O, Dç-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə 4-cü turunda səfərdə Peruya qalib gəldikləri görüşdə (2:0) rekorda nail olub.
Bu, Messinin 142 görüşdə 85-ci qələbəsidir. O, 147 qarşılaşmada 84 dəfə qələbəyə sevinən sabiq komanda yoldaşı Xavyer Maskeranonun rekordunu yeniləyib.
Millinin keçmiş kapitanı Xavyer Zanetti (142 oyunda 80 qələbə) bu göstəricidə 3-cüdür.