Almaniyanın "Verder" klubu niderlandlı yarımmüdafiəçisi Devi Klassenlə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
 
27 yaşlı futbolçu sabiq klubu "Ayaks"a qayıdıb. Klassen Amsterdam təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. "Ayaks"ın bu transfer üçün "Verder"ə 12 milyon avro ödədiyi bildirilir. Lakin Almaniya klubunun bonuslarla əlavə gəlir şansı da var.
 
Qeyd edək ki, Niderland yığmasının da üzvü olan Klassen "Verder"ə 2018-ci ildə "Everton"dan transfer edilmişdi. O, Bundesliqa təmsilçisində 81 oyun keçirib, 16 qol vurub. 2011-2017-ci illər aralığında isə yarımmüdafiəçi məhz yetirməsi olduğu "Ayaks"ın uğurları üçün çalışıb.
 
Yeri gəlmişkən, "Verder" daha bir futbolçusu – hücumçu Yohannes Eggeştaynı da Avstriyanın LASK klubuna icarəyə göndərib. Bundesliqa klubunun öz yetirməsi olan 22 yaşlı alman futbolçu mövsümün sonuna qədər bu komandanın uğurları üçün çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest