Futbol üzrə Türkiyə kubokunun formatında dəyişiklik edilib.
 
Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
 
Xəbərdə Türkiyə kubokunun 2020/21 mövsümündə oyunların ev-səfər prinsipi ilə keçirilməyəcəyi diqqətə çatdırılıb. Komandalar 90 dəqiqə ərzində qalibi müəyyənləşdirə bilməsələr, hərəsi 15 dəqiqədən ibarət iki hissəli əlavə vaxt oynanılacaq. Yenə bərabərlik qeydə alınacağı halda isə penalti seriyasına ehtiyac duyulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest