"Albasete"də XXI əsrdə çıxış ən güclü futbolçuların adları müəyyənləşir. Matc.az xəbər verir ki, klubun kəşf etdiyi futbolçulardan ibarət simvolik "11-lik" seçilir.

Siyahıda Sequnda təmsilçisinin indiyə qədər üzə çıxardığı daha 21 futbolçunun adı qeyd edilib. Dünən 40 oyunçunun yer aldığı cədvəldə "Qarabağ"da çıxış edən Xayme Romeronun da adı varı idi. Bu gün tərtib edilən siyahıda isə millimizin üzvü Eddi İsrafilov da qeyd edilib. Yazıda 27 yaşlı oyunçunun çıxışında inkişaf etdiyi bildirilir.

Rəmzi heyəti seçmək üçün azarkeşlər arasında sorğu keçiriləcək. Yığmamızın üzvü hazırda davam edən səsvermədə 3 faiz səs toplayıb.

Qeyd edək ki, Romeronun aktivində bir səs var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest