Futzal üzrə Yüksək Liqanın XI turunda "Yasamal" İSK ilə qarşılaşacaq "Araz" itki ilə üzləşib. Matç.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, son ölkə çempionu daha bir oyunçusunun xidmətindən istifadə edə bilməyəcək.

Belə ki, Adəm Həbibov "Xəzər Cənub"la oyunda sarı vərəqə aldığına görə, cəzalı duruma düşüb. Buna qədər futzalçının passivində 3 sarı vərəqə var idi.

Qeyd edək ki, "Araz"ın hər ikisi qapıçısı – Rövşən Hüseynli və Kamran Hacıyev qırmızı vərəqə cəzalısıdır.

Passivində 2 və daha çox sarı vərəqəsi olan futzalçılar

 

Adəm Həbibov

Araz

4

Omid Nabat

Xəzər Cənub

3

Sina Jamali

Yasamal FK

3

Ali Abdollahi

Neftçi İK

2

Omid Khalili

Yasamal FK

2

Rüfət Balakişiyev

Neftçi İK

2

Vitaliy Borisov

Neftçi İK

2

Seyid Məhəmməd (N8)

Liman FK

2

Salar Şahnazi

Yasamal FK

2

Mehdi Panahandeh

Xəzər Cənub

2

Hadi Rezvan

Xəzər Cənub

2

Hamid Rza

Yasamal FK

2

Ramiz çovdarov

Araz 

2

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest