31 Yanvar 2020, 18:17
                
                
                
                                DÖYÜŞ NÖVLƏRİ 
                                
                
               
              
				 
 
	Xəbər verdiyimiz kimi, qadınlardan ibarət güləş yığmamız Türkiyədə  təlim-məşq toplanışı keçir. Matc.az xəbər verir ki, yanvarın 27-dən Ədirnədə məşqlərə başlayan millimiz Türkiyə və çin Taypeyindən olan komanda ilə birgə hazırlığı davam etdirir.
	Toplanış fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
	Yeri gəlmişkən, Türkiyənin "Beinsport" telekanalı 3 komandanın iştirakıyla baş tutan təlim-məşq toplanışından reportaj hazırlayıb. Millimizin baş məşqçisi Aslan Ağayev Türkiyə Güləş Federasiyasına toplanışın təşkilində yaratdığı şəraitə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

            
 










