"Liverpul"un yarımmüdafiəçisi Fabinyo üçün 2019-cu il bitib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, orta sahə oyunçusu "Napoli" ilə çempionlar Liqası oyununda sıradan çıxıb.

Görüşün 19-cu dəqiqəsində zədələnərək əvəzlənən futbolçunun durumunun ciddi olduğu müəyyənləşib. Həkimlər 26 yaşlı yarımmüdafiəçinin təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu isə o deməkdi ki, Fabinyo üçün il bitib.

O, komandanın qarşıdakı 10 oyununu buraxmaq təhlükəsi ilə üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest