Bu gün Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. Matç.az saytı xəbər verir ki, bir qarşılaşması təxirə salınan VII turda 3 görüş baş tutub.

Oyun gününə "Dalğa Arena"da start verilib. Mövsümə uğursuz başlayan "Qəbələ" və "Zirə" sonuncuların meydanında üz-üzə gəlib. Paytaxt təmsilçisinin matçın sonlarında vurduğu qol "mavi-qırmızılar"a həm ilk qələbəni qazandırıb, həm də son pillədən qurtulmaq üçün yetərli olub.

Turun ikinci oyununda ortabablar "Səbail"lə "Sumqayıt" üz-üzə gəlib. İki cavabsız qol vuran paytaxt təmsilçisi xal hesabına görə rəqibinə çatıb.

Eyni xala malik "Sabah"ın səfərdə "Neftçi"yə uduzması isə 3-cü piləyə şəriklərin sayını üçə çatdırıb. Şəxsi oyunlardakı üstünlük sayəsində "Səbail" "Sumqayıt"la "Sabah"ı arxada qoyub. Debütantı 2 cavabsız qolla məğlub edən "Neftçi" isə zirvədəki yerini qoruyub. .

Qeyd edək ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində keçirilən turun "Keşlə" – "Qarabağ" matçı təxirə salınıb.

Topaz Premyer Liqası
VII tur
05 oktyabr (cümə)

"Zirə" – "Qəbələ" - 1:0
Qol: 
Miloş Radivoyeviç, 85
"Dalğa Arena". Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Səbuhi Bayramov
"Zirə": 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 3. Budaq Nəsirov, 5. Adil Nağıyev, 7. Pərdis Fərcad-Azad, 10. Sadio Tounkara, 11. Dilan Duventru, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 91. Bilal Həmdi
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 16. İbrahim Aslanlı, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov, 88. Tellur Mütəllimov
Baş məşqçi: Samir Abasov

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 34. Urfan Abbasov, 88. Sabien Lilay
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 7. Roman Hüseynov, 10. Rauf Əliyev, 27. Bəhlul Mustafazadə, 32. Amin Seydiyev
Baş məşqçi: Sənan Qurbanov


"Səbail" – "Sumqayıt"  - 2:0
Qollar:
Fəhmin Muradbəyli, 4; Ruslan Qurbanov, 31
"Bayıl Arena". Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Vüqar Həsənli
"Səbail": 1. Emil Balayev, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 16. İqor Korotetski, 27. Emil Martinov, 33. Tome Kitanovski, 99. Jarjue Maudo
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 28. Kevin Kubemba, 5. Vüqar Bəybalayev, 22. Edqar Paçeko, 18. Aqşin Qurbanlı, 17. Elçin Rəhimli, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı
Baş məşqçi:  Aftandil Hacıyev

"Sumqayıt": 1.Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə,18. Süleyman Əhmədov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 99. Əli Babayev
Ehtiyat oyunçular: 15. Orxan Sadıxlı, 3. Vurğun Hüseynov, 17. Nicat Qurbanov, 23. Fərid Kərimzadə, 44. Qvanzav Maqomedov, 70. ülvi İsgəndərov, 74. Yusif Nəbiyev
Baş məşqçi: Nazim Süleymanov


"Neftçi" – "Sabah" - 2:0
Qollar: 
Emin Mahmudov , 9; Qoran Paratski, 62
"Bakcell Arena". Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Akif Əmirəli, Nail Nağıyev
"Neftçi": 1. Səlahət Ağayev, 26. ömər Buludov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 28. Slavko Braliç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 93. Soni Mustivar, 6. Qoran Paratski, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 77. Elvin Sərkərov, 18. Tural Axundov, 33. Ricat Qarayev, 4. Rəşad Eyyubov, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 37. Vüsal Əsgərov
Baş məşqçi: Roberto Bordin

"Sabah": 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 19. Məqsəd İsayev, 25. Vanderson Silva, 13. Filip İvanoviç, 33. Eltun Turabov, 15. Erik Ramos, 10. Cavid İmamverdiyev (k), 9. Marko Deviç,6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 3. Elvin Bədəlov, 2. ülvi İbazadə, 88. Elçin Əsədov, 11. Elgün Nəbiyev, 27. Bəxtiyar Soltanov, 22. Miloş Bosançiç, 4. Tərzin Cahangirov
Baş məşqçi:  Elşad Əhmədov

 

Komandalar

O

Q

H

M

T/F

X

Neftçi

7

6

1

0

15-3

19

Qarabağ

6

5

1

0

13-4

16

Səbail

7

3

1

3

7-10

10

Sumqayıt

7

3

1

3

8-8

10

Sabah

7

3

1

3

5-8

10

Qəbələ

7

1

2

4

7-10

5

Zirə

7

1

1

5

6-13

4

Keşlə

6

0

2

4

5-10

2

 

Bombardir: Marko Deviç (Sabah) – 5.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest