Topaz Premyer Liqasının XI turunun "Neftçi" ilə səfər oyunu "Zirə"də tarixi hadisə ilə əlamətdar olub. Matç.az saytı xəbər verir ki, qəsəbə təmsilçisinin müdafiəçisi Adil Nağıyev "mavi-qırmızılar"ın heyətində 100-cü rəsmi oyununa çıxıb.

Klub tarixinə bunu bacaran ilk oyunçu kimi düşən Adilə üzərində "100" yazılan forma hədiyyə edilib.

Qeyd edək ki, Adil Premyer Liqada 81, kubokda 6, avrokubokda 2, I divizionda 11 dəfə meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest