Qazaxıstan Premyer Liqasında XXXI tur davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" səfər oyununa çıxıb.

Kostanay təmsilçisi "Kaysar"ın qonağı olub. Meydan sahibləri 40-cı dəqiqədə hesabı açıbsa, "Tobol" 90+3-cü dəqiqədə penalti qolu sayəsində bərabərliyi bərpa edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Balayev bu qarşılaşmada da 90 dəqiqə çərçivəni qoruyub.

Qeyd edək ki, "Tobol" 31 turdan sonra 60 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest