30 Avqust 2019, 10:41
FUTBOL
Avropanın böyük klubları çempionlar Liqasının formatının dəyişdirilməsinin tərəfdarıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbərləri artıq yeni formatın müzakirəsinə başlayıb.
Format təsdiqlənərsə, çempionlar Liqasının qrupunda 96 komanda iştirak edəcək, hər birində 6 komanda olmaqla 16 qrup yaranacaq. Qruplarda ilk iki yerin sahibləri pley-off mərhələsinə adlayacaqsa, 3-4-cü pillədə qərarlaşanlar Avropa Liqasına, 5-6-cı yerlər isə yeni yaradılacaq Avropa Liqası II-yə yollanacaq.
Qrupdakı 96 klub seçmə mərhələ oynamayacaq.












