Sabah Topaz Premyer Liqasında X tura start veriləcək. Matç.az saytı xəbər verir ki, iki gün davam edəcək tura paytaxt derbisi ilə start veriləcək.

çempionatın lideri "Neftçi" səfərdə "Keşlə" ilə qarşılaşacaq. Bu, meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədovun yeni postunda sabiq komandasına qarşı ilk dueli olacaq. Təxirə salınan görüşdə "Qarabağ"dan xal alan Keşlənin eyniadlı təmsilçisi ölkənin ən titullu klubunu da büdrətməyə çalışacaq. Roberto Bordinin komandası isə izləyiciləri ilə xal fərqinin azalmaması üçün meydanı qələbə ilə tərk etməlidi.

Günün ikinci qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Mövsümdə ilk dəfə Premyer Liqa oyununu qəbul edəcək arena "Qarabağ"la "Sumqayıt"ın duelinə şahidlik edəcək. üçü çempionatda olmaqla 5 matçdı qələbə həsrətində olan Qurban Qurbanovun yetirmələri uğursuz seriyanı qırmaq əzmindədi. "Vorskla" ilə Avropa Liqasının səfər görüşü öncəsi komandaya psixoloji cəhətdən də qalib gəlmək zəruridi. Nazim Süleymanovun yetirmələri isə avrokuboklara iddialıların mübarizəsində növbəti zərbə almamaq üçün 3 oyunluq qələbəsizliyi dayandırmalıdı.

Turun ikinci günü Qəbələdə başlayacaq. Qeyri-sabit çıxışı ilə diqqət çəkən meydan sahibləri "Sabah"ı sınağa çəkəcək. Səfərdə evdəkindən daha uğurlu çıxış edən Elşad Əhmədovun yetirmələri Premyer Liqa tarixində ilk dəfə paytaxtdan kənarda oynayacaq. Debütant ardıcıl 3-cü qələbəyə köklənibsə, Sənan Qurbanovun yetirmələri daha yaxşı oynadığı doğma arenaya azarkeşlərini yenidən sevindirməyə çıxacaq.

Tura paytaxt təmsilçiləri "Səbail" və "Zirə" arasında duellə yekun vurulacaq. Son iki matçda xala həsrət qalan Samir Abasovun yetirmələri 8-ci pillədən uzaqlaşmaq üçün qalib gəlməlidi. çünki "Keşlə" uduzsa, zirəlilər qələbə ilə son sıranı tərk edə bilər. "Səbail" isə ardıcıl 4-cü qələbəsini qazanmaqla mövqeyini daha da yaxşılaşdırmaq əzmindədi. Aftandil Hacıyevin yetirmələri uğurlu seriyanı səfərdə də davam etdirmək üçün mübarizə aparacaq.

Topaz Premyer Liqası

X tur

3 noyabr (şənbə)

17:00. "Keşlə" – "Neftçi"

"ASK Arena". Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Sərxan İsmayılov

19:00. "Qarabağ" – "Sumqayıt"

Tofiq Bəhramov adına Respublika stadionu. Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev

4 noyabr (bazar)

17:00. "Qəbələ" – "Sabah"

Qəbələ şəhər stadionu. Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov

19:00. "Zirə" – "Səbail"

"Bakcell Arena". Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Nahid Xasıyev

1

Neftçi

9

7

1

1

19-7

22

2

Qarabağ

9

5

2

2

15-11

17

3

Səbail

9

5

1

3

12-11

16

4

Sabah

9

5

1

3

8-9

16

5

Sumqayıt

9

3

2

4

10-11

11

6

Qəbələ

9

2

3

4

12-13

9

7

Keşlə

9

1

3

5

8-13

6

8

Zirə

9

1

1

7

7-16

4

Bombardirlər: Baqali Dabo (Neftçi), Marko Deviç (Sabah) – 5.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest