Bu gün Topaz Premyer Liqasında bir oyun keçirilib. Matç.az xəbər verir ki, VII turdan təxirə salınmış qarşılaşmada "Keşlə" və "Qarabağ" üz-üzə gəlib. Görüş meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov üçün postunda debüt matçı olub.
İlk yarıda üstünlüyə yiyələnən "Qarabağ" meydan sahiblərinin müqavimətini qıra bilməyib. Bütün turnirləri nəzərə almaqla son 4 matçda uduzan Qurban Qurbanovun yetirmələri ikinci hissənin əvvəlində hesabı açıb. Ağdam təmsilçisinin heyətində Miçel fərqlənib.
Buraxılan qoldan sonra "Keşlə" fəallığı artırıb. Bunun nəticəsində bakılılar matçın sonlarında hesabda tarazlıq yaradıb. Bərabərlik qoluna Sərtan Taşqın imza atıb.
Matçın sonluğunda "Qarabağ" təzyiqi artırıb. Paytaxt təmsilçisi isə görüşü azlıqda başa vurub. Lakin ağdamlılar say üstünlüyündən yararlana bilməyib.

Topaz Premyer Liqası

VII turdan təxirə salınan oyun

31 oktyabr (çərşənbə)

"Keşlə" – "Qarabağ" - 1:1
Qollar: Sərtan Taşqın, 79 - Markos Madera, 56
Qırmızı vərəqə: Samir Məsimov, 89
"ASK Arena". Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
"Keşlə": 1. Kamran Ağayev (k), 2. Sərtan Taşqın, 33. Tərlan Quliyev, 3. Denis Silva, 93. Edvinas Girdvainis, 19. Azər Salahlı, 4. Slavik Alxasov, 17. Samir Məsimov, 80. Diallo Quydileye, 22. Nikola Mitroviç, 23. Conatan Ayite
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 65. Cabir Əmirli, 71. Emin Quliyev, 10. Ruslan Nəsirli, 9. Amil Yunanov, 7. Vaqif Cavadov, 11. Bahodir Nasimov, 90. Ebrima Sohna, 31. Georgios Georgiadis, 21. Herve Tçami
Baş məşqçi:  Tərlan Əhmədov
"Qarabağ": 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 8. Markos Madera, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 28. Con Delarj, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov

1

Neftçi

9

7

1

1

19-7

22

2

Qarabağ

9

5

2

2

15-11

17

3

Səbail

9

5

1

3

12-11

16

4

Sabah

9

5

1

3

8-9

16

5

Sumqayıt

9

3

2

4

10-11

11

6

Qəbələ

9

2

3

4

12-13

9

7

Keşlə

9

1

3

5

8-13

6

8

Zirə

9

1

1

7

7-16

4

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest