Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası "Dinamo" heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, moskvalılar "Marsel"in hücumçusu Klinton Mua Njini heyətinə qatıb.

25 yaşlı forvard yeni komandası ilə artıq münasibətləri rəsmiləşdirib. Paytaxt təmsilçisi ilə 4 illik müqavilə bağlayan Kamerun millisinin üzvü 9 nömrəli formanı geyinəcək.

Bununla "Dinamo" yay fasiləsində Ramil Şeydayev də daxil olmaqla, transferlərinin sayını 8-ə çatdırıb.

Qeyd edək ki, Klinton Mua Nji hücumun mərkəzi ilə yanaşı, cinahlarında da çıxış edə bilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest