Azərbaycan Premyer Liqasında 100-cü qol
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub. Bu, XI turun "Sabah" - "Sumqayıt" görüşünə təsadüf edib. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub.


























