Nəticədə ölkəmizin xalı dəyişməyib - 14,625 xal. Azərbaycan Avropada 29-cu pillədə qalıb. Bu xalların 2,000-si cari mövsüm əldə edilib. 28-ci olan Polşa ilə ölkəmizin fərqi 1,750-ə bərabərdir.
"Viktoriya" ilə "Qarabağ" arasında ilk dueldə qol görmədik, ancaq daha yaxşı komanda "Qarabağ" idi. İlk oyunda rəqibin qol vurmamasının qarşısını sözün əsl mənasında sehr edən əla qapıçı Jindriç Stanek aldı.
Maksim Medvedev İsveçrədə "Sürix"lə 1:1 hesablı heç-heçə etdikləri II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Müdafiəçi bu səbəbdən, Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin matçlarını, həmçinin "Viktoriya" ilə ilk görüşü buraxıb.
"O, bizim kapitanımızdır. Lukaş ən yaxşı müdafiəçimiz, əsas oyunçumuzdur. Amma komandamızda elə keyfiyyətli futbolçular var ki, Lukaşı əvəz edə bilərlər"
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.
104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən seçilmiş millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arzu Nağıyev "Turan Tovuz" klubuna avtobus alınması üçün ianə kampaniyasına qoşulub.
Çempionlar Liqasının 2000/01 mövsümündə "Şəmkir" çexlərə ilişib. II təsnifat mərhələsində "Slaviya" ilə üz-üzə gələn komanda hər iki matçda uduzub - səfərdə 0:1, evdə 1:4.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.