Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda da qələbə qazanıb. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi Norveçin "Forde VBK" kollektivi ilə üz-üzə gəlib.
 
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Ordunun 3:0 (25:18, 25:18, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, komandalar arasında səfərdə baş tutan görüşdə də Azərbaycan təmsilçisi rəqibini 3:0 (25:11, 25:17, 25:19) hesabı ilə üstələmişdi.
 
Təmsilçimizin 1/16 finaldakı  rəqibi Niderlandın “Simplex SSS BARNEVELD” klubu olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest