19 Noyabr 2026, 16:45
FUTBOL
İngiltərənin “Lester” klubu azarkeşlərin etirazından sonra əsas sponsorlarından biri olan BC Game ilə əməkdaşlığı dayandırıb. Matc.az xəbər verir ki, qərar şirkətin reklam kampaniyası ətrafında yaranan narazılıqdan sonra qəbul edilib.
Reuters-in məlumatına görə, qumar şirkəti Rusiyadan olan böyüklər üçün film aktrisası Eva Elfieni brend səfiri təyin etdikdən sonra “Lester” azarkeşlərinin ciddi etirazı ilə üzləşib. Tərəfdarlar klubun belə bir şirkətlə əməkdaşlıq etməsini tənqid edərək bunun komandanın dəyərlərinə uyğun olmadığını bildiriblər.
“Lester”in açıqlamasında tərəflərin qarşılıqlı razılıq əsasında kommersiya əməkdaşlığını dərhal başa çatdırdığı qeyd olunub. Klub qərarın səbəbini birbaşa reklam kampaniyası ilə əlaqələndirməsə də, hadisələrin ardıcıllığı diqqət çəkib.
Foxes Trust azarkeş qrupu daha əvvəl də qumar reklamlarının xüsusilə gənclərə mənfi təsir göstərə biləcəyini vurğulamışdı.
Xatırladaq ki, “Lester” 2015/16 mövsümündə İngiltərə Premyer Liqasının çempionu olub. Hazırda isə komanda ardıcıl iki dəfə aşağı liqaya düşdükdən sonra Birinci Liqada mübarizə aparır.













