19 Noyabr 2026, 12:00
FUTBOL
Lionel Messi ilə Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi arasında münasibətlər gərginləşib. Matc.az A24-ə istinadən xəbər verir ki, futbolçu Klaudio Tapianın rəhbərlik etdiyi qurumla şəxsi və işgüzar əlaqələrini kəsmək qərarına gəlib.
Messi vəkillərinə onun adından AFA-ya rəsmi şikayət göndərməyi tapşırıb. Futbolçu qurumdan adının və təsvirinin Argentina futbolu ilə əlaqəsi olmayan kommersiya layihələrində gəlir əldə etmək məqsədilə istifadəsinə son qoyulmasını tələb edir.
Yaranmış narazılığın əsas səbəblərindən biri Messinin reklam müqavilələri ilə bağlıdır. Belə ki, argentinalı ulduz Amerika pivə brendi “Michelob” ilə eksklüziv əməkdaşlıq edir.
Lakin iddiaya görə, Argentina millisinin sponsorlarından biri reklam kampaniyasında Messinin təsvirindən istifadə edib. Bu isə futbolçunun beynəlxalq tərəfdaşının narazılığına səbəb olub və şirkət nümayəndələri məsələ ilə bağlı Messinin komandəsindən izahat istəyiblər.
Futbolçunun bu reklamdan əvvəlcədən xəbəri olmayıb və Messinin təsvirindən istifadəyə AFA prezidenti Klaudio Tapianın icazə verdiyi iddia olunur.
Yaranmış vəziyyət Messi ilə AFA rəhbərliyi arasındakı münasibətlərin daha da pisləşməsinə gətirib çıxarıb.
Qeyd edək ki, AFA-nın hazırkı rəhbəri Klaudio Tapiadır.













