19 Noyabr 2026, 11:14
FUTBOL
“2017-ci ilin yayında Neymarı “Barselona”da qalmağa inandırmaq mümkün deyildi. Halbuki Messi və mən onun PSJ-yə keçidinin qarşısını almaq üçün əlimizdən gələni etmişdik”
“İnter Mayami”nin hücumçusu Luis Suares 2017-ci ildə Neymarın “Barselona”dan PSJ-yə transferinin qarşısını almaq üçün Lionel Messi ilə birlikdə göstərdikləri səylərdən danışıb. Matc.az xəbər verir ki, uruqvaylı futbolçu “Catalunya Radio”nun “Tot costa” verilişində həmin dövrü xatırlayıb:
“2017-ci ilin yayında Neymarı “Barselona”da qalmağa inandırmaq mümkün deyildi. Halbuki Messi və mən onun PSJ-yə keçidinin qarşısını almaq üçün əlimizdən gələni etmişdik. Hətta Messi ona demişdi ki, komandada qalsa, “Qızıl top”u qazanacaq”.
Qeyd edək ki, Neymar 2017-ci ilin avqustunda 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə transfer olunub. Bu keçid futbol tarixinin ən bahalı transferi kimi qeydə alınıb.
Braziliyalı hücumçu Paris təmsilçisinin heyətində 2017-ci ilin avqustundan 2023-cü ilin avqustunadək çıxış edib. Bu müddətdə 173 oyuna çıxan Neymar 118 qol vurub.













