19 Noyabr 2026, 11:33
FUTBOL
Futzal üzrə Azərbaycan Yüksək Liqasında iştirak edəcək komandalar müəyyənləşib. Matc.az xəbər verir ki, yeni mövsümdə çempionatda 10 komanda iştirak edəcək.
Bunlar “Araz-Naxçıvan”, “Yasamal Bakı”, “Rəvan”, “Atidel Ordubad”, “Şuşa”, “Marafon”, “Xankəndi”, “Baku Fire”, “Neftçi İK” və “İmişli” klublarıdır.
1-ci Liqada isə "Baku", "Ulduz", "İçərişəhər", "Star kargo", "Xan Lənkəran", "Timsport", "Baku Fire - 1", "Metropoliten", "Xəzər", "Neftçala" və "Finans" iştirak edəcək.
Qeyd edək ki, ötən mövsümün Azərbaycan çempionu “Araz-Naxçıvan” olub.













