FIFA-nın yaydığı açıqlamada Canni İnfantinonun məsələ ilə bağlı mövqeyi də yer alıb: “Layihə mübahisələrə səbəb oldu və təklif həyata keçirilməyəcək”.

FIFA prezidenti Canni İnfantino Dünya çempionatının kommersiya hüquqlarının satışı ilə bağlı amerikalı milyarder Kuşnerlər ailəsi ilə təxminən 10 ay gizli danışıqlar aparıb. Matc.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Bildirilir ki, mümkün sövdələşmənin dəyəri 15 milyard funt sterlinq (təxminən 17,9 milyard avro) həcmində qiymətləndirilib.

Məlumata əsasən, danışıqlar ötən ilin sentyabrında Sürixdə başlayıb. Noyabrın 4-də İnfantino ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşüb. Daha sonra FIFA rəhbəri müzakirələri Caredin qardaşı Coşua Kuşnerlə davam etdirib. Sonradan onun layihənin əsas investorlarından biri olduğu üzə çıxıb.

Növbəti aylarda Kuşner ailəsinin nümayəndələri ilə ən azı 10 görüş keçirilib.

Bununla belə, ictimaiyyət və mətbuat tərəfindən ciddi tənqidlərə səbəb olan “FIFA Forward Enterprise” layihəsi sonradan dayandırılıb.

FIFA-nın yaydığı açıqlamada Canni İnfantinonun məsələ ilə bağlı mövqeyi də yer alıb: “Layihə mübahisələrə səbəb oldu və təklif həyata keçirilməyəcək”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest