Nəşrdə qeyd olunub ki, 2024/2025 mövsümünün ilk yarısında uyğunlaşma prosesi yaşayan yarımmüdafiəçi növbəti mövsümdə komandanın əsas oyunçularından birinə çevrilib. O, 34 qarşılaşmada 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalaraq “Sabah”ın çempionluğunda mühüm rol oynayıb.

Rusiyanın “Football24” nəşri “Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev haqqında diqqətçəkən yazı dərc edib. Matc.az xəbər verir ki, nəşr 23 yaşlı özbəkistanlı futbolçunu yaxın gələcəkdə Avropanın aparıcı liqalarında çıxış edə biləcək perspektivli oyunçulardan biri kimi qiymətləndirib.
 
Müəllif Boqdan Demixov Raxmonaliyevin Azərbaycan çempionatındakı çıxışını yüksək dəyərləndirib. Yazıda futbolçunun daha əvvəl Kazanın “Rubin” klubunda çıxış etdiyi, 2026-cı ilin əvvəlində isə 400 min avro qarşılığında “Sabah”a keçdiyi bildirilib.
 
Nəşrdə qeyd olunub ki, 2024/2025 mövsümünün ilk yarısında uyğunlaşma prosesi yaşayan yarımmüdafiəçi növbəti mövsümdə komandanın əsas oyunçularından birinə çevrilib. O, 34 qarşılaşmada 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalaraq “Sabah”ın çempionluğunda mühüm rol oynayıb.
 
Məqalədə Raxmonaliyevin cari mövsümdə Çempionlar Liqasının əsas mərhələsinə yüksələn komandanın heyətində göstərdiyi performans da xüsusi vurğulanıb. Futbolçunun “Hapoel”ə qarşı seçmə mərhələnin oyununda fərqləndiyi, Praqa “Slaviya”sı üzərində qazanılan 2:0 hesablı qələbədə yaxşı çıxış etdiyi və Norveçin “Vikinq” klubu ilə görüşdə məhsuldar ötürmə verdiyi xatırladılıb.
 
“Football24” Raxmonaliyevin əsas üstünlükləri sırasında uzaq məsafədən güclü zərbələrini, dəqiq ötürmələrini və ikili mübarizələrdə uğurlu çıxışını qeyd edib. Nəşrin qənaətinə görə, özbəkistanlı yarımmüdafiəçi yaxın gələcəkdə Avropanın aparıcı çempionatlarında çıxış edən klublardan birinə keçə bilər.
 
Qeyd edək ki, Raxmonaliyev 2025-ci ilin yanvarından “Sabah”da çıxış edir. O, Azərbaycan klubunun heyətində həm ölkə çempionluğunu, həm də Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağı bacarıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest