Azərbaycan milli komandası Kaunas şəhərində Anım Gününü yad edib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sentyabrın 27-də Kaunas şəhərində keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, komanda üzvləri, məşqçi və texniki heyəti, eləcə də AFFA-nın əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, Litva – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest