Türkiyənin "Trabzonspor" klubunun vingeri Məhəmməd Salah Afrika Millətlər Kubokunun seçmə mərhələsi zamanı Misir millisinin düşərgəsini tərk edib.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Ulduz futbolçunun bu addımı atmasına səbəb sonuncu turda Cənubi Sudana qarşı keçiriləcək oyunun süni örtüklü meydançada baş tutacağıdır. Belə bir qərar Misir seçməsinin məşqçilər heyəti və Salahın birgə razılığı ilə qəbul edilib. Tərəflər 34 yaşlı oyunçunu zədədən qorumaq üçün bu addımı atıblar.

"Anqola ilə matçdan öncə milli komandanın məşqçilər heyəti ilə Məhəmməd Salah arasında razılıq əldə olunub ki, o, Cənubi Sudanla oyunda meydana çıxmayacaq və məşqçilər heyəti oyunçunun müdafiəsi məqsədilə bu yanaşmaya üstünlük verib", – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, "Faraonlar" Afrika çempionatının seçmə mərhələsinə Anqola ilə qolsuz heç-heçə (0:0) ilə başlayıblar. Salah həmin görüşdə meydanda 61 dəqiqə qalıb və daha sonra "Əl-Əhli"nin 30 yaşlı hücumçusu Zizo ilə əvəzlənib.

Cənubi Sudana qarşı qarşılaşma sentyabrın 29-da baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

34 yaşlı hücumçu karyerası ərzində milli komandada 120 oyun keçirib. Bu görüşlərdə o, 66 qol vurub və 37 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest