26 Sentyabr 2026, 18:45
FUTBOL
"Yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə aparacağıq".
Azərbaycan milli komandası UEFA Millətlər Liqasının I turu çərçivəsində səfərdə Litva yığması ilə üz-üzə gələcək.
Matc.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emreli oyundan əvvəl təşkil olunan mətbuat konfransında sabahkı görüşlə bağlı fikirlərini bildirib:
"Sabah bizi çox önəmli oyun gözləyir və biz bunun fərqindəyik. Yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə aparacağıq. Bu gün son məşq və iclasımızı keçirib oyuna hazırlaşacağıq. Ümid edirik ki, sabah oyuna tam hazır şəkildə çıxıb yaxşı nəticə qazanacağıq".













