Argentinalı mənşəli italiyalı hücumçu Pablo Daniel Osvaldo reanimasiyadadır.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Bildirilir ki, o, Argentinanın Lyavalyol şəhərində xəstəxanaya yerləşdirilib. Həkimlər 40 yaşlı keçmiş futbolçunun sağ ağciyərində ağır plevral efviziya diaqnozu qoyublar və ağciyər toxumasının rezeksiyası ilə təcili əməliyyat keçiriblər.
Hazırda Osvaldonun vəziyyəti ağır olaraq qalır, həkimlər heç bir proqnoz vermirlər. Hücumçunu ağır vəziyyətdə bacısı tapıb və qardaşını xəstəxanaya çatdırıb.
Son illərdə Osvaldo ciddi şəxsi problemlərindən danışıb. O, psixiatr yanında müalicə alıb, depressiya və narkotik asılılığı ilə mübarizə aparıb.
Osvaldo "Fiorentina", "Roma", "Yuventus", "İnter" və "Portu" kimi bir sıra tanınmış Avropa klublarında çıxışı ilə tanınır. İtaliya millisinin heyətində 14 oyun keçirib və 4 qol vurub.
Karyerası ərzində Osvaldo qalmaqallı xarakteri və intizam problemləri ilə yadda qalıb. Xüsusilə, 2015-ci ildə "Yuventus"a qarşı oyun zamanı komanda yoldaşı Mauro İkardi ilə az qala dava etməsindən sonra onun "İnter"dəki karyerası başa çatıb, bundan sonra o, bir neçə gün ardıcıl olaraq üzrlü səbəb olmadan komandanın məşqlərinə gəlməyib.













