Sabah Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununa çıxır.

Sabah Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununa çıxır. Yığmamız D Liqasının II qrupu çərçivəsində səfərdə Litva seçməsinin qonağı olacaq.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, komandamız qarşıdakı oyun öncəsi Kaunas şəhərində son məşqinə çıxıb. Baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında baş tutan hazırlıq prosesi isinmə hərəkətləri ilə başlayıb, daha sonra futbolçular topla çalışmalar və müxtəlif texniki tapşırıqlar yerinə yetiriblər.

Qeyd edək ki, Litva – Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest