25 Sentyabr 2026, 21:52
FUTBOL
Bölgə təmsilçisi Rafael Utziqlə 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.
"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.
Matc.az xəbər verir ki, bölgə təmsilçisi Rafael Utziqlə 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.
2020-2023-cü illərdə də "Qəbələ"nin şərəfini qoruyan braziliyalı vinger bu müddətdə keçirdiyi 94 oyunda 18 qol vurub.
30 yaşlı futbolçu son olaraq Vyetnamın "Ho Çi Minh Siti" komandasında çıxış edib. Utziq Azərbaycanda "Zirə"nin də formasını geyinib.













