"Çelsi" qış transferi öncəsi "Mançester Siti"nin müdafiəçisi Abduqodir Xusanovu diqqətlə izləyən klublardan biridir.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" nəşri məlumat yayıb.

Hazırda Xusanovun mütəmadi olaraq "şəhərlilər"in əsas heyətində meydana çıxa bilib-bilməyəcəyi məlum deyil. Bu, "Çelsi"ni 22 yaşlı oyunçunu yaxından izləməyə sövq edib. Vurğulanır ki, Premyer Liqanın daha üç klubu Xusanovun transferi variantını nəzərdən keçirir.  

Cari mövsümdə özbəkilstanlı müdafiəçi bütün turnirlərdə 6 matçda iştirak edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avro təşkil edir.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest