"Qalatasaray" rəhbərliyi yay "transfer pəncərəsi"ndə yaşanan hadisələrdən dərs çıxarıb.

Matc.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Bildirilir ki, "sarı-qırmızılılar" qış transfer dövründə eyni ssenarinin təkrarlanmaması üçün daha erkən hərəkətə keçəcəklər. "Cim-Bom" dövrə arasında xüsusilə yarımmüdafiə və mərkəz müdafiəçisi mövqelərini gücləndirmək üçün indidən işlərə başlayacaq.

Rəhbərliyin müəyyənləşdirilən hədəflərlə erkən təmas quraraq transfer prosesində problem yaşamaq istəmədiyi öyrənilib. Yarımmüdafiəyə ediləcək transfer sayının iki oyunçuya çıxa biləcəyi qeyd olunarkən, mərkəz müdafiəsi üçün isə daha dəqiq və prioritet bir hədəfə yönəlinəcəyi ifadə edilib.

Yay dövründə transferdə gecikdiyi üçün tənqidlərə məruz qalan İstanbul təmsilçisi, oxşar mənzərənin yenidən yaranmaması üçün klub rəsmilərini vəzifələndirib. "Qalatasaray" baş məşqçi Okan Burukun hesabatı əsasında hərəkət edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest