Türkiyənin millisi UEFA Millətlər Liqasının A divizionunun I qrupundakı ilk oyununda Kocaeli şəhərində Fransa yığması ilə qarşılaşacaq.
Matc.az xəbər verir ki, Kocaeli stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də (Türkiyə vaxtı ilə 21:45) başlayacaq görüşü Almaniya Futbol Federasiyasından Feliks Svayer idarə edəcək.
Bildirilir ki, ay-ulduzluların heyətində zədəli olan Orkun Kökçü bu matçda forma geyinə bilməyəcək. Fransa isə baş məşqçi postuna yeni gətirilən Zinəddin Zidanın rəhbərliyi altında ilk rəsmi sınağına çıxacaq.
Komandaların meydana aşağıdakı ehtimal edilən heyətlərlə çıxacağı gözlənilir:
Türkiyə: Uğurcan Çakır, Zeki Çelik, Ozan Kabak, Abdulkerim Bardakçı, Eren Elmalı, Salih Özcan, İsmayıl Yüksek, Arda Güler, Can Uzun, Kerem Aktürkoğlu, Barış Alper Yılmaz.
Fransa: Mayk Menyan, Andi Diuf, Maksans Lakrua, Dayot Upamekano, Jül Kunde, Eduardu Kamavinqa, Adrien Rabio, Dezire Due, Rayan Şerki, Maykl Olise, Kilian Mbappe.













