"Barselona" hücumçusu Rafinya yaxın vaxtlarda keçiriləcək yoldaşlıq oyunlarında Braziliya millisində 10 nömrəli formanı geyinəcək. Yeni nömrələnmə milli komandanın 2030-cu il dünya çempionatından əvvəl başlayan hazırlıq dövrünün bir hissəsidir.
Matc.az xəbər verir ki, bu barədə UOL nəşri məlumat yayıb.
2026-cı il dünya çempionatında Rafinya 11 nömrəli formada çıxış edirdi, həmin vaxt 10 nömrə isə Neymara məxsus idi. Endrik də nömrəsini dəyişərək 19-dan 9-a, Estevao isə 20-nin əvəzinə 11 nömrəyə keçib.
Vinisius Junior 7 nömrəni, Bruno Gimaraens isə 8 nömrəni qoruyub saxlayıb.
Sentyabrın 25-də Taunsvilldə Avstraliya ilə keçiriləcək oyun Braziliya üçün dünya çempionatından sonrakı ilk qarşılaşma olacaq. Sentyabrın 29-da avstraliyalılarla daha bir görüş baş tutacaq, oktyabrın 3-də isə "selesao" Hindistan millisi ilə üz-üzə gələcək.










_1790281476.jpg)


